“Biz məzənnəni sabitləşdirəcəyik. Əziz millətim, biz sizi sevirik, sizə inanırıq. 19 il Türkiyənin haradan haraya gəldiyini siz çox yaxşı bilirsiniz, bilirik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin məzənnəsi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında, “Biz məzənnəni sabitləşdirəcəyik" deyə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan xalqa müraciət edəcək - Nazirlərlə vacib iclas keçirir
“Bizim iqtisadiyyatda “Dünya 5-dən böyükdür” deməyimizin səbəbi də özlərini böyük kimi qələmə verən ölkələrin olmasıdır. Bu oyuna gəlməyəcəyimizi deyirik. Buna görə investisiya, məşğulluq və ixracat deyirik. Bu ölkə daha idxal cənnəti olmayacaq, bu ölkə öz alın təri ilə başqalarının rifahını maliyyələşdirən ölkə olmayacaq.
Biz vəzifəyə başlayanda BVF-yə 23,5 milyard dollar borcumuz var idi. Hazırda BVF-yə borcumuz yoxdur. Kamal bəy, (CHP lideri Kamal Kılıçdaroğlu - red.) biz bu borc yükünü haradan aldıq? Sizdən aldıq”, - deyə dövlət başçısı əlavə edib.
Bizim.Media