Paşinyanın istefasını tələb edən etirazçılar yolu bağladı

Paşinyanın istefasını tələb edən etirazçılar yolu bağladı

Hazırda oxunan: Paşinyanın istefasını tələb edən etirazçılar yolu bağladı

5148

İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.

Bizim.Media “Sputnik”-ə istinadən xəbər verir ki, əraziyə cəlb olunan polislər yolun açılmasını tələb ediblər.

"Xain və onun komandası Qarabağı itirdiyimizi və Ermənistanın sərhədlərinin təhlükə altında olduğunu başa düşənə qədər etirazlara davam edəcəyik.

Bütün hökumət istefaya getməli və danışıqlar apara bilən, əlimizdə olanları saxlaya biləcək yeni insanlar gəlməlidir",- deyə, etirazçılardan biri deyib.

Qeyd olunub ki, Paşinyanın müsbət dəyişikliklər edə biləcəyini düşünərək hələ də ona inanmağa davam edən vətəndaşlar var: "Ancaq indi çox adam ayılıb və son 2 il yarımda baş verənlərin yalan olduğunu başa düşürlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO