Sarkisyandan ETİRAF: “Hər 5 ermənidən biri ölkəni tərk edir”

Sarkisyandan ETİRAF: “Hər 5 ermənidən biri ölkəni tərk edir”

Hazırda oxunan: Sarkisyandan ETİRAF: “Hər 5 ermənidən biri ölkəni tərk edir”

51289

Ermənistanın hər beşinci sakini hakimiyyətin yalnış siyasəti ucbatından ölkəni tərk edir.

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın eks prezidenti Serj Serkisyan Ermənistan Respublika Partiyasının 17-ci qurultayındakı çıxışı zamanı deyib.
 

"Bu gün hər beş nəfərdən biri ölkəni tərk edir. İndi biz bu qurultayı keçirəndə insanlar "Zvartnots" hava limanından Ermənistanı göz yaşları ilə tərk edirlər. Bu il ölüm və doğum göstəriciləri bərabərləşib, demoqrafik böhran var", - Sarkisyan bildirib.


Ermənistanın üçüncü prezidenti hesab edir ki, belə acınacaqlı vəziyyətin yaranmasına səbəb “vətəni olmayan” və “xalqı aşağılayan” hakimiyyətin yalnış siyasətidir.

Qeyd edək ki, Sarkisyanın prezidentliyi dövründə 10 il ərzində 373 min insan Ermənistanı tərk edib və geri qayıtmayıb (illik orta hesabla təxminən 37 min).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO