Paşinyan hər səfərdən sonra Araikə nə izah edir? – Xankəndidə Laçın dəhlizi XOFU yaşanır

Paşinyan hər səfərdən sonra Araikə nə izah edir? – Xankəndidə Laçın dəhlizi XOFU yaşanır

Hazırda oxunan: Paşinyan hər səfərdən sonra Araikə nə izah edir? – Xankəndidə Laçın dəhlizi XOFU yaşanır

0:00
0:00
51275

Brüsseldən sonra Araik Arutunyan niyə İrəvanda Paşinyanla görüşüb?

"Paşinyan istər Moskva, istərsə də Soçi görüşlərindən qayıdanda həmin o quldurbaşı Araiklə görüşür və məsləhətləşmələr aparır" deyən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bunun Ermənistan-Azərbaycan danışıqlarına uyğun olmadığını da bildirib. 

Bizim.Media-ya özəl açıqlamasında politoloq qeyd edib ki, Bakı separatçı olan Araikin proseslərdə iştirakının əleyhinədir. Amma separatçıların özlərini görüşlərin nəticələrinə uyğun aparması üçün Paşinyan hər dəfəsinə Araiki başa salmaq zorundadır. Çünki bu quldurbaşı revanşist ermənilərin də təsiri altındadır.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Qarabağda bütün yollara nəzarət edir” - Araik Arutyunyandan ETİRAF


Onsuz da Arutunyan zamanı gələndə həm Azərbaycan, həm də beynəlxalq qanunlar qarşısında cavab verməli olacaq:

"Digər tərəfdən, qeyd etdiyiniz kimi erməni deputatların ara-sıra qondarma rejimə səfərləri ilk hadisə deyil və diqqəti cəlb edir. Hətta Ermənistanın terrorçu olan keçmiş prezidentləri S.Sarkisyan, Koçaryan da belə səfərlər gerçəkləşdiriblər. Belə səfərlərin də qarşısı alınmalıdır. Çünki Qarabağ Azərbaycan ərazisidir və erməni deputatları ora səfər edə bilməz".

Sözügedən səfərlərin Laçın dəhlizi vasitəsilə həyata keçirildiyini xatırladan Niyaməddin Orduxanlı Brüssel görüşündən sitat gətirib:

"Brüssel görüşündə Prezident İlham Əliyev Zəngəzur və Laçın dəhlizlərini gündəmə gətirib və proseslərin beynəlxalq normalara uyğun reallaşdırılmasını ortaya qoyub. Bu mövzuda ermənilər artıq götür-qoy etməlidirlər. Yəni Qarabağın Azərbaycan ərazisi olduğunu bilməli və qanunsuz səfərlərə son qoymalıdırlar".

Politiloqun şərhinə əlavə olaraq qeyd edək ki, əcnəbi ekspertlər Brüssel görüşünü "Artsax"ı təşvişə salan bomba adlandırırlar. Belə ki, Moskva və Soçidə status məsələsinin müzakirə predmeti olmaması qondarma rejimin ümidlərini Stokholmla Brüsselə bağlayırdı. Lakin Avropa da öz maraqlarını erməniyə qurban vermək istəmədi, həqiqətin Azərbaycandan yana olduğunu İrəvana xatırladaraq onların ümidlərini bir dəfəlik puç etdi. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO