"Prezident Ərdoğanla Putinin çox isti dostluq əlaqələri var" deyən Dmitri Peskov Osmanlı imperiyasının yenidən qurulması ilə bağlı suala da cavab verib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov yeni Osmanlının qurulması ilə razılaşmayıb:
"Türkiyənin türk birliyi ideyaları populyardır. Bəli, bizim tatar, başkırdlar kimi, Mərkəzi Asiya türklərinin də Türkiyə ilə ortaq tarix, ümumi mədəniyyətləri var. Dil tarixi və adət-ənənələri də oxşayır. Bunda qorxulu heç nə yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Peskov yunanıstanlı jurnalisti PƏRT ETDİ - “Türkiyə silahı müdafiə üçün alır, sizsə,..”
Əlbəttə, Türkiyədə daha çoxuna nail olmaq istəyən milliyətçi qüvvələrin olduğunu bilirəm. Amma Allaha şükür ki, bu millətçilər elə də çox deyillər. Sadəcə böyük Turan ideyalarında qalıblar. Millətçilər hər ölkədə var və onları lazımsız fəaliyyətlərdən hazırkı hökumətlər çəkindirir".
Peskovun fikrincə, Ərdoğanla Putinin dostluğu elə bir həddədir ki, ən çətin problemləri də birgə həll edirlər. Buna çoxsaylı nümunələr də var.
Bizim.Media