Ermənistanda Baş Qərargah rəisinin müavini işdən çıxarıldı - SƏBƏB

Ermənistanda Baş Qərargah rəisinin müavini işdən çıxarıldı - SƏBƏB

Hazırda oxunan: Ermənistanda Baş Qərargah rəisinin müavini işdən çıxarıldı - SƏBƏB

50997

Stepan Qalstyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Müvafiq sənəd cümə axşamı prezidentin saytında yerləşdirilib. Bu barədə fərman baş nazir Nikol Paşinyanın təklifi ilə imzalanıb.
 

Qalstyan oktyabrın 2-də yararsız təyyarə raketlərinin alınması ilə bağlı cinayət işi çərçivəsində həbs edilib, lakin bütün bu müddət ərzində o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini postunu saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO