Paşinyan Tvitter paylaşımında İlham Əliyevi “tag” etdi  - FOTO

Paşinyan Tvitter paylaşımında İlham Əliyevi “tag” etdi  - FOTO

Hazırda oxunan: Paşinyan Tvitter paylaşımında İlham Əliyevi “tag” etdi  - FOTO

50791

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının sədri Şarl Mişellə keçirdiyi görüşü ilə bağlı Tvitter hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, paylaşımında hər iki siyasətçinin adını “tag” edib:

“Üçtərəfli görüşdə Avropa Şurasının sədri Şarl Mişel (@CharlesMichel) və Prezident İlham Əliyevlə (@azpresident) Azərbaycan və Ermənistanın suverenliyi və səlahiyyətləri çərçivəsində qəbul etdiyimiz sərhəd və gömrük qaydaları əsasında dəmir yolunun yenidən işə salınması haqqında sazişi təsdiq etdik. Ermənistan İran və Rusiyanın dəmir yoluna çıxış əldə edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO