“Ölkədə mühüm rol oynayan, eyni zamanda öz işlərini kölgədə görən insanlar var. Üç ilə yaxın belə boz kardinal rolunu Tiqran Avinyan oynayıb. Eyni şeyi bir çox qərarların qəbulunda fəal iştirak edən Suren Papikyanın məsələsində də demək olar”.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazır.
“İndi müdafiə naziri postunu tutan Papikyan beynəlxalq arenaya da çıxıb, onun Rusiyanın, NATO-nun rəsmi dairələri ilə sıx əlaqələri olacaq, lakin Papikyan ölkənin daxili həyatını da diqqətdə saxlayır.
O, əvvəllər dostlarını, qohumlarını müxtəlif vəzifələrə təyin edirdisə, indi öz adamlarını müxtəlif sistemlərdə daha intensiv şəkildə tanıtdırır.
Bu yaxınlarda Davtaşen inzibati ərazi dairəsinə yeni rəhbər təyin olundu və bu, ciddi narazılıqlara səbəb oldu. “Hraparak” hesab edir ki, Papikyan hakimiyyətin varisi roluna hazırlaşır”, – qəzet qeyd edib.
Bizim.Media