Qazaxla sərhəddən keçən yolun 3 hissəsi Azərbaycana verilir – Ermənilər alternativ yollar çəkəcək 

Qazaxla sərhəddən keçən yolun 3 hissəsi Azərbaycana verilir – Ermənilər alternativ yollar çəkəcək 

Hazırda oxunan: Qazaxla sərhəddən keçən yolun 3 hissəsi Azərbaycana verilir – Ermənilər alternativ yollar çəkəcək 

50712

Ermənistanla Azərbaycan arasında gözlənilən demarkasiya və delimitasiya işləri nəticəsində Qazaxla sərhəddən keçən yolun 3 hissəsi Azərbaycana verilir. Ermənilər gələcəkdə həmin ərazidən rahat gedib-gəlmək üçün indidən Tavuş vilayətində alternativ yollar çəkməyə hazırlaşır. 

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu haqda informasiya “Pastinfo” nəşrində yerləşdirilib.

“Bizdə olan məlumata görə, hakimiyyət Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Voskepar kəndinə gedən magistralın bir neçə hissəsində, eləcə də Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunda alternativ yollar çəkməyə hazırlaşır. Yeni yol bir neçə kəndi Bağanislə birləşdirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündən DƏRHAL SONRA – Tərəflər yenidən Moskvaya yığışacaq – PLAN NƏDİR? 


Google xəritəsinə görə, M16 avtomobil yolu Azərbaycan sərhədini bir neçə hissədə (Zəngəzurda, Gorus-Qafan yolunda olduğu kimi) kəsir və Ermənistan hakimiyyəti təxminən 12 km uzunluğunda yeni yolun tikintisinə başlamaq fikrindədir. 

Xəritəyə əsasən, magistral Azərbaycanla nəzərdə tutulan yeni sərhəddən təxminən üç hissədən keçəcək. Onlardan biri Tsağkavan-Kirants yoludur. Bu, meşələrdən keçməklə 5-6 km-lik yeni yol olacaq.

Yolun Kirants kəndindən Voskepara gedən hissəsi də sərhəddə yerləşdiyindən 3 km-lik yeni yolun çəkilməsinə ehtiyac yaranıb. 

Üçüncü yolun da uzunluğu 3 km-dir və Voskepardan Bağanisə qədər uzanacaq. 

Hazırda dəqiq təsdiq olunmuş layihə və hökumət qərarı olmasa da, artıq podratçı axtarılır.
İlkin müzakirələrə görə, yeni alternativ yolun tikintisi Tsağkavandan başlayacaq, Kirants, Voskepardan keçərək Bağanisə çatacaq.

Voskepar müəyyən ərazi güzəştləri ilə sərhəd kəndi olaraq qalacaq. Xəritəyə əsasən magistralın Voskepar yaxınlığından keçən hissəsi tamamilə Azərbaycana veriləcək, bəzi bitişik hissələr də Qazax rayonunun ərazisinə qatılacaq. 

Heç kimə sirr deyil ki, avqust ayından Rusiya hərbçiləri Tavuş rayonunun sərhəddə yerləşən Voskepar kəndində nəzarət-buraxılış məntəqəsi yaradıblar. Əldə olan məlumata görə, sülhməramlıların dayandığı yol Ermənistan-Azərbaycan sərhədi sayılacaq.

Qeyd edək ki, alternativ yolların tikintisinə hələ başlanılmayıb. Tsağkavan-Kirants, Kirants-Voskepar hissələrinin yeni yolları meşələrdən keçəcək. Burada yoxlamalar aparıldıqdan və yekun qərar verildikdən sonra tikintiyə başlanılacaq. Yan yolun uzunluğu təqribən 11-12 km olacaq və tikintiyə gələn ilin əvvəlində başlanacağı gözlənilir.

Tavuşun Voskepar kəndi yaxınlığında iki yol var. Voskepar-Bağanis avtomobil yolu ilə hərəkətdə olan insanların təhlükəsizliyini qorumaq məqsədilə əlavə yol çəkilib. Kəndin yanından isə İcevan-Noyemberyan avtomobil yolu keçir, onun Voskepardan keçən hissəsindən artıq istifadə olunmayacaq”, - deyə “Pastinfo” vurğulayıb.

Xatırladaq ki, Qazaxın Sofulu (anklav), Barxudarlı (anklav), Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara (anklav), Aşağı Əskipara və Xeyrimli kəndləri hazırda Ermənistanın işğalı altındadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO