AKP sözçüsü: “İranlı siyasətçilər Ərdoğandan danışanda sayqılı olmalıdır”

AKP sözçüsü: “İranlı siyasətçilər Ərdoğandan danışanda sayqılı olmalıdır”

Hazırda oxunan: AKP sözçüsü: “İranlı siyasətçilər Ərdoğandan danışanda sayqılı olmalıdır”

5059

“Həddini aşan iranlı siyasətçilər Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar. Çətin anlarda İranın dostu olan Prezidentimizə hücum edənlər öz ölkələrinin düşmənlərini sevindirirlər”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik tvitter hesabında yazıb.

O bildirib ki, hər kəs İranın üzləşdiyi sanksiya və embarqolara susanda yalnız Ərdoğan buna qarşı çıxıb:

“Bu gün azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmələrinə sevindiyimiz, sevinənlərlə yan-yana olduğumuz gündür. Bundan narahat olanlar öz fikirlərini nümayiş etdirirlər".

"Prezidentimiz haqlıların yanında durmağa, haqsızlıq qarşısında susmamağa davam edəcək. Biz erməni işğalına qarşı Azərbaycanın yanındayıq. Qardaş İranı da haqsızlıqlardan qorumağa davam edəcəyik”, - deyə Ö. Çelik vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO