Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan telefonla danışıblar.
Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, nazirlər İranın nüvə proqramı üzrə mövcud vəziyyəti müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər - TELEFON SÖHBƏTİ
"Əsas diqqət noyabrın 29-da Vyanada bərpa olunmuş danışıqlar prosesi kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında mövcud vəziyyətə yönəldilib.
Tərəflər nüvə sazişinin bərpasına qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Lavrov və Abdullahiyan ikitərəfli və regional gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.
Bizim.Media