Dmanisidə qaçırılan azərbaycanlı barədə yeni DETALLAR

Dmanisidə qaçırılan azərbaycanlı barədə yeni DETALLAR

Hazırda oxunan: Dmanisidə qaçırılan azərbaycanlı barədə yeni DETALLAR

49847

Dmanisidə "Vahid Milli Hərəkat" partiyasının nümayəndələri komanda yoldaşları olan Ramiz Ramazanov ilə hələ də əlaqə saxlaya bilmirlər.

Bizim.Media xəbər verir ki, partiya üzvləri onun Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən izolyasiya olunduğunu ehtimal edirlər.

Partiya üzvlərindən olan Levan Mosaşvili, Ramazanovu sonuncu dəfə görəndə qubernatorun müavininin onu həbs etməklə hədələdiyini deyib:

"Ramiz Ramazanov ilə bir neçə gündür ki, əlaqə saxlaya bilmirik. Ötən gün qərara gəldim ki, gedib onunla şəxsən görüşüm, iş yerinə baş çəkim və onunla söhbət edim. Bir neçə dəqiqədən sonra tanımadığım adamlar gəldilər və Ramazanovun əlindən tutaraq apardılar. Həmin vaxt çöldə DTX-nın avtomobili dayanmışdı. Söhbət zamanı Ramazanov mənə dedi ki, bir gün əvvəl məcburi halda Quberniya binasına aparılıb, adını bilmədiyi yeni təyin olunmuş qubernator və müavini ilə danışıb, müavin birbaşa ona deyib ki, əgər o, Bələdiyyə Məclisinin iclasına gedərək istədikləri qərarı verməsə, onu həbs edəcəklər", - deyə Mosaşvili bildirib.

Qeyd edək ki, Dmanisi Bələdiyyə Məclisində 15 nəfər müxalifət, 15 nəfər isə hakim partiya üzvü var.

Bələdiyyə Məclisinin işini davam etdirilməsi üçün ona sədr seçilməlidir, lakin ilk iclasda razılıq əldə olunmayıb və nəticədə sədr seçilməyib. Əgər ikinci iclasda da sədr seçilməsə, bu zaman Dmanisidə növbədənkənar seçkilər keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO