Türkiyədən avtobuslar alınacaq

Türkiyədən avtobuslar alınacaq

Hazırda oxunan: Türkiyədən avtobuslar alınacaq

4982

Dövlət başçısının müasir avtobusların alınması ilə bağlı tapşırığına uyğun olaraq daha 320 ədəd orta və iritutumlu avtobus alınacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə qardaş ölkənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında müqavilə imzalanıb.

170 ədədi 9, 150-ədədi isə 12 metrlik olacaq bu avtobuslar sərnişindaşıma tələblərinə tam cavab verir. Yeni müasir və rahat 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri ilə göstərməyə imkan verərəcək.

Avtobus parkının yenilənməsi pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını da təmin edib. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından əhəmiyyətlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO