Gürcüstan hökuməti 10-cu çağırış parlamentin ilk iclasında tam tərkibdə istefaya göndərilib.
Bizim.Media-nın məlumatına görə, hökumət üzvləri yeni baş nazir təyin olunana qədər vəzifələrini icra edəcəklər.
Parlament hökumətin istefasından sonra iki həftə ərzində seçkilərdə qalib gələn partiyanın baş nazir vəzifəsinə irəli sürdüyü namizədə etimad göstərməlidir.
Hökumətin tərkibi və proqramı istefadan sonra 9 gündən gec olmayaraq parlamentə təqdim olunmalıdır. Etimad üçün ən azı 76 deputatın səsi tələb olunacaq.
Konstitusiyaya əsasən, parlamentin müəyyən olunan müddət ərzində hökumətə etimad göstərməyəcəyi halda, prezident iki həftədən sonra parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.
Bizim.Media

- A-
- A
- A+
Region
16:48 / 11.12.2020
Gürcüstan hökuməti tam tərkibdə istefaya getdi
Hazırda oxunan: Gürcüstan hökuməti tam tərkibdə istefaya getdi
Hazırda oxunan: Gürcüstan hökuməti tam tərkibdə istefaya getdi
4979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.