Əsir və itkin düşən hərbçilərin yaxınları İrəvanda mərkəzi prospekti bağladılar - VİDEO

Əsir və itkin düşən hərbçilərin yaxınları İrəvanda mərkəzi prospekti bağladılar - VİDEO

Hazırda oxunan: Əsir və itkin düşən hərbçilərin yaxınları İrəvanda mərkəzi prospekti bağladılar - VİDEO

49688

Bu gün əsir və itkin düşən hərbçilərin yaxınları İrəvan şəhərində etiraz aksiyası keçirərək Baqramyan prospektini bağlayıblar.

Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, etirazın səbəbi parlamentin sədri Alen Simonyanın 20 nəfərlik nümayəndə heyəti ilə görüşməkdən və ya onların yanına gəlməkdən imtina etməsi olub.
 

"Bizə dedilər ki, iki nəfəri qəbul edəcək. Biz bununla razı deyilik, o, bütün valideynlərə cavab verməlidir. Biz isə etiraz olaraq prospekti bağlayırıq", - aksiya iştirakçılarından biri deyib.


Lakin Ermənistan parlamentinin binasında növbətçilik edən polis əməkdaşları və kömək üçün əraziyə gələnlər  aksiyaçıları oradan çıxarmağa müvəffəq olublar.

Nəşrin müxbiri hadisə yerindən bildirir ki, prospekt artıq açıqdır, vəziyyətin isə gərgin olduğu vurğulanır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO