“Ermənilər kütləvi şəkildə Qarabağda yaşamaq istəyəcəklər” - Maksim Şevçenko

“Ermənilər kütləvi şəkildə Qarabağda yaşamaq istəyəcəklər” - Maksim Şevçenko

Hazırda oxunan: “Ermənilər kütləvi şəkildə Qarabağda yaşamaq istəyəcəklər” - Maksim Şevçenko

49686

“Bu yaxınlarda Şuşada oldum, yeni Füzuli hava limanından gözəl bir yolla getdim. Bu səfərdən sonra mən tam əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağda nəinki infrastrukturu bərpa edəcək, həm də onu dünyanın ən müasir və ən mütərəqqi infrastrukturlarından birinə çevirəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri məşhur rusiyalı politoloq, jurnalist, teleaparıcı və ictimai xadim Maksim Şevçenko caliber.az-a müsahibəsi zamanı “Siz bu yaxınlarda Şuşada olmusunuz.

Qarabağın mirvarisinə səfəriniz hansı təəssüratlarla yadda qaldı?” sualını cavablandırarkən səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Müharibə başlasa, Zəngəzuru da itirəcəklər”  - Rusiyalı politoloqdan İRƏVANA XƏBƏRDARLIQ


Onun sözlərinə görə, ermənilər kütləvi şəkildə Qarabağda yaşamaq istəyəcəklər:

“İndi Əsgəranda olanlarla Şuşada olanları müqayisə edin. Ermənilərin orada ölümcül iztirabları var. Bilirəm ki, onlarla erməni Şuşaya gəlib, azərbaycanlılardan onlara iş vermələrini xahiş ediblər. Azərbaycan xalqı mehribandır və əgər həmin erməni prezident İlham Əliyevin dediyi kimi hərbi cinayət törətməyibsə, Azərbaycan vətəndaşı olmağa hazırdırsa, o zaman hansı problemlər var?”.

“Belə çıxır ki, Ermənistan əhalinin kütləvi axını səbəbindən boşalır. Ermənilərin özləri də artıq Qarabağda yaşamaq üçün müraciət edirlər” sualını isə politoloq belə cavablandırıb:
 

“Ermənilər Rusiyaya gedirlər, ona görə də bu, bizim işimizi heç də asanlaşdırmır. Fransaya getmək əvəzinə Soçiyə, Krasnodara, Rostova və Pyatiqorska gəlirlər.


Bəs bunun bizə nə xeyri var? Onlar Ermənistanı tərk etməsəydilər, daha yaxşı olardı. Mən iki milyon erməninin Ermənistana qayıtmasının tərəfdarıyam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO