Tsarukyan:

Tsarukyan: "Belə getsə, Ermənistanı da Qarabağ kimi Azərbaycana təhvil verəcəyik"

Hazırda oxunan: Tsarukyan: "Belə getsə, Ermənistanı da Qarabağ kimi Azərbaycana təhvil verəcəyik"

4936

“Mən bilmirəm bu gün Ermənistanda nə baş verir. Əgər hakimiyyətsizlikdirsə, Paşinyan niyə hələ də postunu tərk eləmir, hakimiyyət varsa, azərbaycanlılar sərbəst şəkildə sərhədlərimizi necə keçib ölkəmizə gəlirlər. Artıq balaca uşaq da bilir ki, Tavuşda, Vardenisdə, Sünikdə istənilən an biz türklərlə burun-buruna çıxa bilərik”.

Bizim.Media xəbər verir ki, bunu müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Gagik Tsarukyan söyləyib. O, erməni kanallarına verdiyi müsahibədə bildirib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə "ölkə Qarabağın taleyini yaşaya bilər".

“Bu günlərdə vəziyyət çətindir, təhlükəlidir, uçurumdayıq. Beş-altı aydır Qarabağın uçurumun kənarında olduğunu söyləyirəm və Ermənistan haqqında da eyni şeyi deyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır - hökumət getməlidir”, - deyə Tsarukyan bildirib.

Bundan başqa bütün erməni mediasında bir müddətdir ki, azərbaycanlıların Ermənistan ərazisində görünmələri haqqında müxtəlif səpkidə xəbərlər dolaşmaqdadır. Erməni saytları (News.am, Sputnik Armenia)  demək olar ki, gün aşırı azərbaycan əsgərlərinin Ermənistan ərazilərində göründüyü barədə məlumatlar yayır.

Verilən məlumatların isə nə dərəcədə həqiqətləri əks etdirdiyi bilinmir. Erməni mətbuatı Azərbaycan silahlı qüvvələrinin gah Xankəndidə mağazadan alver etdikləri, gah da Əsgəranda görürlər. Azərbaycanlıların Ermənistanın Berdevan, Vardenis ərazilərində də göründüyü barədə məlumatlar yayılır.

Qarabağ savaşında Qələbəmizdən sonra artıq ermənilərin yuxusu ərşə çəkilib, onlar hər yerdə Azərbaycan əsgərini gördüklərini deyirlər. Təbii ki, bunun bir başında erməni hiyləgərliyi və təxribatı dayanmamış deyil. Bununla onlar özlərinin təhlükədə olduğunu, Azərbaycanın hər an onlara hücüm edə bilmək ehtimalını yaratmaq istəyirlər.

Əslində həqiqət nədir? Heç kəsə sirr deyil ki, hazırda Ermənistanda hakimiyyətsizlik, pərakəndəlik hökm sürməkdədir. Hakimiyyətsizlik o qədər geniş miqyas almağa başlayıb ki, Ermənistanda ayrı-ayrı silahlı quldur dəstələri formalaşmağa başlayıb. Hətta bəzi kənd və şəhərlərdə müxtəlif cinayətlər törədir, soyğunçuluqlar edirlər.

Hakimiyyətsizliyin başqa bir göstəricisi kimi erməni mətbuatında qeyd olunur ki, hətta ayrı-ayrı erməni icma rəhbərlərini yaşadıqları kəndlərinin sərhədləri haqda Azərbaycan hərbçiləri ilə özləri danışıqlar aparırlar. 

Görünən odur ki, ağır məğlubiyyətin təsirlərindən başını itirmiş Ermənistan hələ uzun müddət ayağa qalxmaq imkanında deyil. 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO