Paşinyanın partiyası Ermənistanın 3-cü böyük şəhərində seçkiləri uduzdu

Paşinyanın partiyası Ermənistanın 3-cü böyük şəhərində seçkiləri uduzdu

Hazırda oxunan: Paşinyanın partiyası Ermənistanın 3-cü böyük şəhərində seçkiləri uduzdu

49232

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası ölkənin üçüncü böyük şəhəri olan Qarakilsədə (sonrakı adı Kirovakan və Vanadzor olub) keçirilən seçkilərdə uduzsa da, 20-dən çox yaşayış məntəqəsində qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda infromasiyanı ölkənin Mərkəzi Seçki Komissiyası yayıb.

Mənbə yazır ki, dekabrın 5-də Ermənistanın doqquz rayonunun 36 yaşayış məntəqəsində proporsional sistem üzrə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

130 respublika və regional partiya və blokların 4,2 minə yaxın namizədi iştirak edib. Seçkilərdə iştirak faizi 42,48 təşkil edib.

"Səsvermənin ilkin nəticələrinə görə, 12 810 seçici Qarakilsə şəhərinin hazırkı meri Mamikon Aslanyana, 8 295 vətəndaş “Vətəndaş müqaviləsi” partiyasına səs verib. Ermənistan Sosialist Əmək Partiyası 4 809 səslə üçüncü yerdə qərarlaşıb", - MSK-nın saytında yerləşdirilən məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO