Nətənz atom təsisatına yaxın Cəfərabad və Şücaabad kəndləri təhlükəsizlik qüvvələri tərəfindən gecə saatlarında zorla boşaldılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Teleqram kanalı yayıb.
MÖVZU İLƏ BAĞLI:
İranda nüvə obyekti yaxınlığında partlayış – QUBERNATOR aydınlıq gətirdi
Mənbə yazır ki, Nətənz nüvə obyektinə xarici hücum edilə biləcəyi ehtimal edilir.
Qeyd edək ki, sözügedən kəndlərin əhalisinin qəfil və məcburi şəkildə təxliyəsi səbəbi barədə kənd sakinlərinə heç bir məlumat verilməyib.
Bizim.Media