"Ukrayna sərhədindəki vəziyyət gərgin olaraq qalmaqdadır. Hökumət nümayəndələrinin ehtiyatlanması əsaslıdır. Ukraynanın müdafiə naziri Aleksey Reznikov kəşfiyyat məlumatlarını açıqlayanda bildirib ki, Rusiya kontingenti 2022-ci il yanvarın sonunda Ukraynaya qarşı aktiv fəaliyyətlərə hazır olacaq. Bu zaman kəsiyi ölkəmiz üçün daha təhlükəlidir".
Bu sözləri özəl olaraq Bizim.Media üçün Ukraynanın Milli Strateji Araşdırmalar İnstitunun böyük elmi işçisi Nikolay Zamikula yazıb.
Politoloqun fikrincə, Rusiya uzun müddətdir ki, ya konfliktə hazırlaşırdı, ya da irimiqyaslı blef planlaşdırıb:
MÖVZU İLƏ BAĞLI:
Ukrayna Rusiya ilə ən pis ssenarilərə hazırdır – Politoloq Nikolay Zamikuladan ÖZƏL
"Ukrayna ilə sərhədə rus hərbi güclərinin toplanması çoxdan müşahidə olunur. Buna rəğmən Moskva bu addımlara başqa don geyindirməyə, reallığı gizlətməyə çalışıb".
Nikolay Zamikula örnək kimi 2021-ci ilin yazındakı Rusiyanın Ukrayna ilə sərhəddə hərbi təlim keçirməsini göstərib. Hansı ki, təlimlərdən sonra hərbi texnikalar Rusiyanın qərbində saxlanılıb.
Ukraynalı politoloqun şərhinin digər önəmli hissələri:
• Rusiyanın diplomatik fəaliyyətləri də təhdid doğurur. Çünki son aylardakı addımları heç də diplomatik adlandırmaq olmaz:
"Putin, Medvedev və Surkovda qəfil oyanan "yazıçılıq istedadı"nı misal gətirmək kifayətdir. Onlar yazılarında Moskvanın Ukrayna nəzarətinə bəraət qazandırmağa çalışıb. Lavrovun fransız və alman həmkarları ilə noyabrın ortalarında dərc olunan diplomatik yazışmaları da buna misaldır.
Sergey Lavrovun NATO-ya sonuncu çağırışı da təsdiqdir. Rusiya XİN rəhbəri Ukrayna və Gürcüstanın alyansa üzvlüyünə qarşı çıxıb".
• Hazırda Kiyevdə situasiyanın ssenarisinin ən pis və daha yaxşı versiyaları müzakirə olunur.
• Ukraynalılar Rusiya qarşısında kapitulyasiya getmək fikrində deyillər.
• Ən optimal variant real eskalasiyaya imkan verməmək olsa da, Kreml hücum edəcəyi təqdirdə torpaqlarımızı qoruyacağıq.
• Bunu beynəlxalq tərəfdaşların köməyilə etmək mümkündür.
• Hələki Vaşinqton, Brüssel, Paris və Berlindən pozitiv siqnallar alırıq.
• Həm də anlayırıq ki, suverenliyimiz naminə heç kim bizim yerimizə döyüşməyəcək.
Nikolay Zamikula bildirib ki, ABŞ hazırda Avropada konflikt marağında deyil. Ağ Ev üçün Asiya-Sakit okean regionu, Çin daha çox diqqət mərkəzindədir.
Baydenin Rusiya ilə konfrontasiyanı stabilləşdirmək istəyi Kremldə amerikalıların zəifliyi kimi yozulur və bu, Moskvanı daha aqressiv addımlara həvəsləndirir.
Bizim.Media