Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Stokholm şəhərində İsveç Riksdaqının spikeri Andreas Norlenə 2-ci Qarabağ müharibəsindən sonrakı vəziyyəti, eləcə də Azərbaycanla sərhəddəki son qarşıdurmanı təqdim edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, nazir regionda vəziyyətin stabilləşməsi və gərginliyin azaldılması kontekstində beynəlxalq ictimaiyyətin adekvat və məqsədyönlü reaksiyasının vacibliyini bəyan edib.
Mirzoyan Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin, (onlar əslində terrorçudur) girovların və digər məhbusların təcili qaytarılmasına, eləcə də Qarabağda müharibə nəticəsində yaranmış humanitar problemlərin aradan qaldırılmasına işarə vurub.
Qeyd edək ki, dekabrın 1-dən başlayan səfər çərçivəsində Mirzoyan ATƏT ölkələrinin xarici işlər nazirlərinin 28-ci iclasında iştirak edəcək, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla da danışıqlar aparacaq.
Bizim.Media

- A-
- A
- A+
Region
11:26 / 02.12.2021
Erməni nazir İsveçin spikeri ilə Qarabağı müzakirə etdi - Ceyhun Bayramovla da görüşəcək
Hazırda oxunan: Erməni nazir İsveçin spikeri ilə Qarabağı müzakirə etdi - Ceyhun Bayramovla da görüşəcək
Hazırda oxunan: Erməni nazir İsveçin spikeri ilə Qarabağı müzakirə etdi - Ceyhun Bayramovla da görüşəcək
48682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.