“Ermənistanda əsgər çatışmır” - Hərbi toplanış bu boşluğu dolduracaqmı?

“Ermənistanda əsgər çatışmır” - Hərbi toplanış bu boşluğu dolduracaqmı?

Hazırda oxunan: “Ermənistanda əsgər çatışmır” - Hərbi toplanış bu boşluğu dolduracaqmı?

48660

Ermənistanda ölkə tarixində ən böyük hərbi təlim toplanışı başa çatır. Üç aylıq toplanış sentyabrın əvvəlində elan edilib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, toplanışa motoatıcı, raket və artilleriya, hava hücumundan müdafiə və elektron müharibə sistemləri, rabitə, kəşfiyyat, mühəndislik, texniki, arxa və topoqrafik ixtisasların ehtiyat hissələri cəlb olunub.

Təlim-məşq toplanışı zamanı ehtiyatda olan hərbçilər ilk dəfə olaraq cəbhə xəttində döyüş növbətçiliyinə cəlb olunublar.

Təlim-məşq toplanışında iştirak edən politoloq Armen Vardanyan qeyd edib ki, toplanışın səbəbi əsgər və zabitlərin çatışmazlığı ilə bağlıdır:

“Müharibədən sonra Azərbaycanla sərhəd uzanıb və sadəcə olaraq çağırışçılar kifayət etmir. Həm də 44 günlük müharibə nəticəsində xeyli ixtisar edilmiş zabit korpusunu yerini doldurmaq lazımdır. Təlim-məşq toplanışında əvvəllər hərbi qulluqçu olan və hazırda xidmətə qayıtmaq istəyən şəxslər iştirak ediblər. Üçüncü vəzifə isə səfərbərlik ehtiyatının döyüş hazırlığını qorumaqdır”.

Vardanyan onu da bildirib ki, Ermənistan ordusunun yeni modeli yarı peşəkar orduya bənzəyəcək, çünki burada həm çağırışçılar, həm də müqaviləli hərbçilər olacaq. 

Xatırladaq ki, 2-ci Qarabağ müharibəsində acı məğlubiyyətə düçar olan Ermənistan ordusunun yenidən təkmilləşdirilməsi üçün belə toplanışlar dönüş yaratmayacaq.

Çünki ötən ay baş verən bir günlük döyüşlər göstərdi ki, ermənilər nəinki Azərbaycanın əzəli torpağı olan Qarabağda və özlərinin ərazisi hesab etdikləri Qərbi Azərbaycanda (indiki Ermənistanda) Azərbaycan ordusunun bir baxışından belə silahlarını qoyub qaçırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO