Xəbər verdiyimiz kimi, 30 il bundan əvvəl bu gün Nursultan Nazarbayev Qazaxıstanın ilk Prezidenti seçilib.
Bizim.Media xəbər verir ki, bu əlamətdar günlə bağlı ölkədə Nazarbayevin təsviri olan əskinas (20 min tenge) dövriyyəyə buraxılıb.
Qeyd edək ki, 1991-ci il dekabrın 1-də Qazaxıstan SSR-də bir namizədin iştirakı ilə ilk ümumxalq prezident seçkiləri keçirilib. Nəticədə Nazarbayev seçicilərin 98,7 faizinin dəstəyini qazanıb.
Dekabrın 10-da Qazaxıstan SSR-in adı dəyişdirilərək Qazaxıstan Respublikası adlandırılıb.
1991-ci il dekabrın 16-da Qazaxıstan SSR Ali Soveti Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi haqqında Qanun qəbul edib və Nursultan Nazarbayev Qazaxıstan Respublikasının ilk Prezidenti olub. 5 gün sonra bu statusda o, SSRİ-nin ləğvini təsdiq edən MDB-nin məqsəd və prinsipləri haqqında Alma-Ata bəyannaməsini imzalayıb.
1995-ci il aprelin 29-da keçirilən referendum nəticəsində Nazarbayevin prezidentlik müddəti 2000-ci ilə qədər uzadılıb.
2019-cu il martın 19-da o, 2019-cu il martın 20-dən istefası haqqında sərəncam imzalayıb. Nazarbayev xalqa müraciətində deyib:
“Prezident kimi səlahiyyətlərimə xitam vermək qərarına gəldim. Bu il mənim ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı verdi”.
Bizim.Media