“Türkiyə Rusiyaya qarşı sanksiyaları heç vaxt dəstəkləməyib” - Çavuşoğlu

“Türkiyə Rusiyaya qarşı sanksiyaları heç vaxt dəstəkləməyib” - Çavuşoğlu

Hazırda oxunan: “Türkiyə Rusiyaya qarşı sanksiyaları heç vaxt dəstəkləməyib” - Çavuşoğlu

48543

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Riqada keçirilən iclasında deyib.
 

"Bizim fikrimizcə, sanksiyalar problemi həll etməyəcək, çünki əvvəllər də onları həll etməyib. Biz müxtəlif ölkələrə, bəzən Türkiyəyə qarşı sanksiyaların necə tətbiq edildiyini gördük, lakin bu, problemi həll etmir". RİA Novosti agentliyi türkiyəli diplomatın sözlərindən sitat gətirib.


Çavuşoğlunun sözlərinə görə, Rusiya ilə münasibətlərdə düzgün balansı tapmaq lazımdır.

"Əgər biz sanksiyalar əvəzinə Rusiyanın hərəkətlərini dayandırmağı seçsək, o zaman bu, məqsədyönlü olacaq. Biz Türkiyə olaraq dialoqa üstünlük veririk. Yalnız sanksiyaların köməyi ilə nə Ukraynaya, nə də başqa bir ölkəyə kömək edə biləcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO