Helikopter qəzasından sağ çıxan hərbçilər DANIŞDI:

Helikopter qəzasından sağ çıxan hərbçilər DANIŞDI: "Sürətlə yerə çırpıldıq" - VİDEO

Hazırda oxunan: Helikopter qəzasından sağ çıxan hərbçilər DANIŞDI: "Sürətlə yerə çırpıldıq" - VİDEO

48526

DSX-nin qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib. 

Bizim.Media xəbər verir ki, onlar “REAL TV”yə danışıb. 

Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov qəzanın enişin yerinə yetirilməsi zamanı qəza baş verdiyini bildirib: 

“Helikopter yerə yıxılandan ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopter desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzik var. Sərnişin kabinəsinin girişin yanında idim. Heç bir şübhəli məqam yox idi”.

Digər yaralı - kapitan Ramil Ədilov bildirib ki, enişə gələndə birdən-birə idarəetmə itirilib:

“Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki, buradayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO