Soçidə 3 saat davam edən görüş başa çatdı - Kremldən AÇIQLAMA

Soçidə 3 saat davam edən görüş başa çatdı - Kremldən AÇIQLAMA

Hazırda oxunan: Soçidə 3 saat davam edən görüş başa çatdı - Kremldən AÇIQLAMA

47869

Rusiya və Azərbaycan prezidentləri Vladmir Putin, İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüş sona çatıb.

Bizim.Media "TACC"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Ermənistan qonşu kimi yaşamağı öyrənsin” - VİDEO


D.Peskov əlavə edib ki, dövlət başçılarının görüşü 3 saata yaxın davam edib.

Onun sözlərinə görə, Putin Paşinyanla ayrıca görüş keçirir.

Danışıqlar zamanı tərəflər xüsusilə Qarabağ münaqişəsi zonasındakı vəziyyəti və onun həlli yollarını müzakirə edib, həmçinin son bir ildə onun sabitləşdirilməsi üçün görülən işləri dəyərləndiriblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Dağlıq Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO