Rusiya və Azərbaycan prezidentləri Vladmir Putin, İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən üçtərəfli görüş sona çatıb.
Bizim.Media "TACC"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “Ermənistan qonşu kimi yaşamağı öyrənsin” - VİDEO
D.Peskov əlavə edib ki, dövlət başçılarının görüşü 3 saata yaxın davam edib.
Onun sözlərinə görə, Putin Paşinyanla ayrıca görüş keçirir.
Danışıqlar zamanı tərəflər xüsusilə Qarabağ münaqişəsi zonasındakı vəziyyəti və onun həlli yollarını müzakirə edib, həmçinin son bir ildə onun sabitləşdirilməsi üçün görülən işləri dəyərləndiriblər.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Dağlıq Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Bizim.Media