Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, “5165” hərəkatının tərəfdarları Nikol Paşinyandan delimitasiya prosesinin təfərrüatlarını ictimaiyyətə açıqlamağı tələb ediblər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda sosial iğtişaşlar gözlənilir – SƏBƏB NƏDİR?
Hərəkatın rəhbəri Karin Tonoyan Respublika meydanında keçirilən mitinqdə vurğulayıb ki, onların əsas məqsədi erməni xalqının maraqlarına zidd ola biləcək demarkasiya və delimitasiyanın qarşısını almaqdır.
Qeyd edək ki, etirazçılar mərkəzi küçələrlə parlament və prezident administrasiyasının yerləşdiyi Marşal Baqramyan prospektinə doğru yürüş ediblər.
Aksiya iştirakçıları Nikol Paşinyanın istefasını tələb ediblər.
Bizim.Media