Erməni mifologiyası ilə razılaşmıram ki, “biz Azərbaycanla döyüşmədik, Türkiyə ilə vuruşduq və türklərə uduzduq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan Rusiyada keçirilən tədbirdə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Bakı qeyri-hərbi üsullarla müharibəni davam etdirir” - İskəndəryan
“Yox, əzizlərim, deməliyik: “Biz Azərbaycan ordusu ilə vuruşmuşuq və ona məğlub olmuşuq””, deyə o, qeyd edib.
Tədbirdə çıxış edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sergey Markedonov da bu mövzuya toxunub:
“Müxtəlif ekspertlər Qarabağ müharibəsində Türkiyənin Azərbaycanın əvəzinə Ermənistanla döyüşdüyünü desələr də, mən bununla razılaşmıram”.
O, bunun yanlış olduğunu deyib:
“İkinci Qarabağ müharibəsində əsas oyunçular Ermənistan və Azərbaycan olub. Və təbii ki, bu ölkələrin hər birinin öz müttəfiqləri var idi”.
Bizim.Media