Paşinyana etiraz edənlər İrəvan metrosunu iflic etdi - VİDEO

Paşinyana etiraz edənlər İrəvan metrosunu iflic etdi - VİDEO

Hazırda oxunan: Paşinyana etiraz edənlər İrəvan metrosunu iflic etdi - VİDEO

47432

Çərşənbə günü səhər, noyabrın 24-də İrəvanda yeni etiraz aksiyaları başlayıb.

Bizim.Media “Politik.am” nəşrinə istinadən xəbər verir ki, etirazın təşəbbüskarları jurnalist Nairi Oxikyan, vəkil Ara Zohrabyan, keçmiş deputatlar Sofya Ovsepyan və Vazgen Petrosyan, eləcə də digər ictimai xadimlərdir.
 

Mənbə yazır ki, səhər saatlarından etibarən İrəvan metrosunda etirazçılar itaətsizlik aksiyası keçirirlər. Artıq bəzi stansiyalarda qatarların hərəkəti dayandırılıb.


Xatırladaq ki, etiraz aksiyalarında hüquq müdafiəçiləri, partiya üzvləri, eləcə də Ermənistan parlamentinin bir neçə deputatı iştirak edir. 

Onlar Nikol Paşinyan hökumətindən Azərbaycan-Ermənistan sərhədindəki son münaqişə ilə bağlı dolğun məlumat tələb edirlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO