ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına səsləndi: “Azərbaycanla sərhədə getməyin”

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına səsləndi: “Azərbaycanla sərhədə getməyin”

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına səsləndi: “Azərbaycanla sərhədə getməyin”

46972

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müraciət edərək, Azərbaycan keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar Karaunc-David-Bek və Qafan-Çakaten istiqamətlərinə getməməyə çağırıb.

Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, müvafiq xəbərdarlıq noyabrın 18-də səfirliyin saytında dərc olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Antiterror əməliyyatına başlamaq üçün hüquqi əsas yoxdur” - POLİTOLOQ


“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var”, - məlumatda deyilir.

Qeyd olunur ki, səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə tapşırıb ki, Qaraunc və David-Bek kəndlərindəki M17 magistral yolu və Qafan-Çakaten yolu ilə hərəkət etməsinlər.

Ümumilikdə, Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca ayıq-sayıq olmaq və Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın ərazilərə getməmək  tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO