Yeni müdafiə nazirini Paşinyanın yerinə hazırlayırlar? - ERMƏNİ MEDİASİ YAZIR

Yeni müdafiə nazirini Paşinyanın yerinə hazırlayırlar? - ERMƏNİ MEDİASİ YAZIR

Hazırda oxunan: Yeni müdafiə nazirini Paşinyanın yerinə hazırlayırlar? - ERMƏNİ MEDİASİ YAZIR

46563

Ermənistanda gərginləşən daxili siyasi vəziyyət, Paşinyanın həm ölkə daxilində, həm də xarici siyasətdə sonsuz uğursuzluqları fonunda İrəvan onun hakimiyyətdən uzaqlaşdırılması barədə ciddi düşünməyə başlayıb. Üstəlik, baş nazirin əleyhdarları bunu müxtəlif yollarla həyata keçirmək niyyətindədirlər.

Bizim.Media xəbər verir ki, bir çox erməni KİV-lərinin yazdığına görə, Suren Papikyanın respublikanın müdafiə naziri təyin edilməsi sərhəddəki vəziyyətlə bağlı  deyil, ilk növbədə Paşinyan və onun siyasi komandasına qarşı mübarizə ilə şərtlənib.

Qeyd olunur ki, Papikyanı çoxdan indiki baş nazirə alternativ kimi görüblər.

Xüsusən də “Hraparak”ın qeyd etdiyi kimi, Ermənistanda növbədənkənar parlament seçkiləri zamanı seçkilərin təşkili və keçirilməsi, eləcə də təbliğat-təşviqat işlərinin bütün yükü Papikyanın çiyninə düşüb və nəticədə o, müəyyən dairələrdə nüfuz qazana bilib.

Baş nazirin müavini vəzifəsinə başlayanda Papikyana bir çox funksiyalar həvalə edilmişdi, bəzən o, hazırkı baş nazirin əvəzinə qərarlar qəbul etməli olurdu. Və qeyd etmək lazımdır ki, o, qarşıya qoyulan vəzifələrin öhdəsindən asanlıqla gəlirdi və nəticələr inandırıcı olurdu.
 

Xüsusilə, Papikyan qubernatorlar, icmalar və bölgələrin liderləri ilə güclü əlaqələr qurub. Həmçinin, Müdafiə Nazirliyinin yeni rəhbəri erməni diasporunun nümayəndələri arasından dəstək almağa nail olub.


Bundan başqa, Papikyanın Paşinyana alternativ olması Kremldə də qəbul edilib.  Erməni qəzetinin yazdığına görə, Moskvanın razılığı olmadan onu müdafiə naziri təyin etmək mümkün olmayıb. İddialara görə, ruslar Papikyan və Alyon Simonyan vasitəsilə hakimiyyətdə Paşinyana doğru alternativ hazırlamağa çalışırlar.

Paşinyan isə bütün bu təhlükələri görür, lakin vəziyyəti dəyişmək imkanına malik deyil. Əvvəla, konkret seçim olmadığı üçün Ermənistanın kadr siyahısı boşdur.

“Hraparak” yazır ki, əslində Ermənistanda müdafiə naziri postu arzuolunmaz olaraq qalır. Qəzet iddia edir ki, Ermənistan ordusu gələcəkdə Azərbaycan silahlı qüvvələrinə müqavimət göstərə, yenidən formalaşdırıla və əvvəlki qüdrətini bərpa edə bilməyəcək. Gözlənilir ki, Paşinyan yaxın vaxtlarda postunu tərk etməsə, o zaman Papikyan müdafiə naziri postunda əvvəlki inzibati rıçaqlarını itirəcək. Gec-tez o da müdafiə idarəsinin keçmiş rəisləri kimi nüfuzdan düşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO