Ermənistanın müdafiə naziri Suren Papikyan və Rusiya Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradov arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, İrəvanda baş tutan görüşdə Suren Papikyan sülməramlıların keçmiş komandanına ötən gün sərhəddəki toqquşma zamanı əsir düşən erməni hərbçilərlə bağlı məlumatları təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
“Ruslar 60 nəfər təxribatçını xahiş-minnətlə bizdən aldılar” – Politoloqdan ÖZƏL
Görüşdə əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsi müzakirə edilib, işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi rusiyalı generalın Bakıdan ötən günkü toqquşmalarda həlak olan bir erməni əsgərin meyitini gətirdiyini açıqlayıb.
Bizim.Media