Noyabrın 16-da “Solovyov LIVE” verilişinin efirində Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsi mövzusu müzakirə olunub.
Bizim.Media xəbər verir ki, proqramın qonaqlarından biri də Ermənistandan olan siyasi müşahidəçi və jurnalist Ayk Xalatyan olub.
MÖVZU İLƏ BAĞLI:
Erməni jurnalistdən ETİRAF: “Dünyadan dilənərək yığdıqlarımızı, Qarabağ erməniləri oğurlayır”
Xalatyan çıxışı zamanı bildirib ki, Rusiya ilə dost olmaq uduzmaq deməkdir.
“Moskva elə edir ki, Rusiya ilə dostluq “uduzan” sözünün sinoniminə çevrilib. Xarici siyasətdə olduğu kimi, siz Rusiyanın yanındasınızsa, “uduzan”sınız, çünki Rusiya Donbassdan başlayaraq Qarabağadək sizə kömək və dəstək olmayacaq.
Rusiyanın dostu olmaq həmişə uduzmaq deməkdir. Rəsmi Moskvanın xarici siyasətinin mənası budur”, - deyə siyasi müşahidəçi bildirib.
Bizim.Media