Paşinyan hökuməti Rusiyadan üz döndərdi: “Kömək etməsə, NATO-ya üz tutacağıq”

Paşinyan hökuməti Rusiyadan üz döndərdi: “Kömək etməsə, NATO-ya üz tutacağıq”

Hazırda oxunan: Paşinyan hökuməti Rusiyadan üz döndərdi: “Kömək etməsə, NATO-ya üz tutacağıq”

46303

Azərbaycan və Ermənistan sərhədində Laçın və Qərbi Zəngəzur istiqamətində hərbi eskalasiyadan dərhal sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai televiziyanın efirində bildirib ki, İrəvan 1997-ci ildə imzalanmış ikitərəfli sazişə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etmək üçün Moskvaya müraciət edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.

A.Qriqoryanın sözlərinə görə, bu mərhələdə müraciət şifahi şəkildə rəsmiləşdirilib, daha sonra yazılı prosedur həyata keçiriləcək.

Qriqoryan Ermənistan hökumətinin belə bir prosesin başlanması ilə bağlı cəmiyyəti və tərəfdaşlarını xəbərdar etmək niyyətində olduğunu da bəyan edib.
 

Təhlükəsizlik Şurasının katibi müraciətində vurğulayıb ki, əgər Ermənistan Rusiya və KTMT-nin dəstəyini ala bilməsə, Paşinyan hökuməti digər beynəlxalq tərəfdaşlardan, ABŞ, Fransa və digər NATO üzvlərindən hərbi yardım istəmək hüququnu özündə saxlayır. 


Müraciətin bu hissəsinin mətni rus variantına çevrilməyib, erməni və ingilis versiyalarında isə xüsusi olaraq vurğulanıb.

A.Qriqoryanın sözlərindən aydın olur ki, N.Paşinyan hökuməti Rusiyanın danışıqlar prosesində əsas vasitəçi kimi neytrallığını etiraf edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO