“300-ə yaxın əsgər meşələrdə gizlənir” – Ermənistandan qalmaqallı AÇIQLAMA

“300-ə yaxın əsgər meşələrdə gizlənir” – Ermənistandan qalmaqallı AÇIQLAMA

Hazırda oxunan: “300-ə yaxın əsgər meşələrdə gizlənir” – Ermənistandan qalmaqallı AÇIQLAMA

4613

“Ermənistanın Baş naziri Nikol Paşinyan, Naxçıvanı Azərbaycanla quru sərhəd vasitəsilə birləşdirən dəhlizin qurulmasına icazə verdi. Türklər bunu 100 ildir xəyal edirdilər və indi onlar “Böyük Turan” yaratmaq fikrini həyata keçirmək imkanına sahib oldular”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri  Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sarkisyan Milli Məclisdə "Parlaq Ermənistan" partiyasının təşəbbüsü ilə keçirilən dinləmələrdə deyib. 

Daha sonra o, işğaldan azad olunan Azərbaycan ərazilərində erməni yaraqlılarının qaldığını iddia edib. Onun sözlərinə görə, 300 yaxın insan qorxduğu üçün meşələrdə gizlənir.

“Aleksandr Radov adlı bir nəfər bu yaxınlarda Qarabağa gedib və qohumları vasitəsilə 300-ə yaxın gənc oğlanın indi Azərbaycanın nəzarətində olan ərazilərdə yerləşən meşələrdə gizləndiyini aşkarlayıb. Onlar oradan çıxmağa çalışırlar, amma heç kim onlara kömək edə bilmir, çünki Ermənistan hakimiyyəti fəaliyyətsizdir ”,- deyə deputat bildirib.

Vüsalə Balayeva Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO