Müdafiə naziri Arşak Karapetyanın dəyişdirilməsi ilə bağlı qərarı dünən Ermənistan-Azərbaycan sərhədində baş verənlər diktə edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının bugünkü iclasında səsləndirib.
Onun sözlərinə görə, qərar dünənki hadisələrin təhlilindən sonra verilib.
“Səhər mən Arşak Karapetyana təşəkkür etdim və əməyini yüksək qiymətləndirdim. Lakin indi baş verənlər onu göstərir ki, müdafiə naziri dəyişdirilməlidir”, deyə baş nazir qeyd edib.
“Azərbaycan qoşunlarının Ermənistan ərazisinə daxil olması dünəndən müxtəlif formatlarda müzakirə olunub və bu gün o mövzu haqda danışılacaq”, deyə o, əlavə edib.
Paşinyan vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri zirehli texnikanın köməyi ilə sərhədin şərq hissəsində Ermənistanın suveren ərazisinə keçib (o ərazilər Azərbaycanın əzəli torpağı hesab edilir).
Xatırladaq ki, bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycana məxsus zirehli texnikanın o ərazidə olması faktını təkzib etmişdi.
Paşinyan çıxışının sonunda Rusiya və KTMT-ni Azərbaycan Silahlı Qüvvələrinin ölkənin şərqindəki “aqressiv hərəkətlərinə” diqqət yetirməyə çağırıb.
Yeri gəlmişkən, yeni müdafiə naziri, 35 yaşlı Suren Papikyan peşəsinə görə hərbçi deyil, tarix müəllimidir.
O, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər İrəvandakı məktəblərin birində tarix müəllimi işləyib. Növbədənkənar parlament seçkilərindən sonra isə Ermənistan baş nazirinin müavini, əvvəlki hökumətdə isə ərazi idarəetmə və infrastruktur naziri postunu tutub.
Bizim.Media
- A-
- A
- A+
Region
14:15 / 15.11.2021
Paşinyan təcili iclas çağırdı: "Sərhəddə baş verənlər onu göstərir ki..."
Hazırda oxunan: Paşinyan təcili iclas çağırdı: "Sərhəddə baş verənlər onu göstərir ki..."
Hazırda oxunan: Paşinyan təcili iclas çağırdı: "Sərhəddə baş verənlər onu göstərir ki..."
46087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.