Gürcüstan Prezidenti Rusiya, Türkiyə və İrana qarşı çıxdı: “Onların iqtisadi imkanları yoxdur”

Gürcüstan Prezidenti Rusiya, Türkiyə və İrana qarşı çıxdı: “Onların iqtisadi imkanları yoxdur”

Hazırda oxunan: Gürcüstan Prezidenti Rusiya, Türkiyə və İrana qarşı çıxdı: “Onların iqtisadi imkanları yoxdur”

46028

Gürcüstan prezidenti Salome Zurabişvili Paris Sülh Forumunun işçi qrupunun toplantısında Gürcüstanın hədəfinin Avropa və NATO-ya yönəlmək olduğunu bildirib.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Avropanın Gürcüstanı Avropa Birliyinə yaxınlaşdırmaq səylərini yüksək qiymətləndirən Gürcüstan prezidenti Amerikanı regionda daha fəal rol oynamağa çağırıb. 

Salome Zurabişvili bölgənin hər hansı bir ölkə tərəfindən inhisara alına bilməyəcəyini vurğulayaraq deyib ki, bu gün biz çox yaxşı görürük ki, Rusiya, Türkiyə və İran bölgədə öz təsirlərini artırmağa çalışırlar, amma bu ölkələrin heç birinin böyük infrastruktur layihələri həyata keçirmək üçün iqtisadi imkanları yoxdur və və bunu Avropa edə bilər.

Gürcüstan Prezidenti regiondakı müxtəlif platformaları, eləcə də Avropanı Qara dəniz üzərindən Xəzər dənizi və Asiya ilə birləşdirən böyük infrastruktur projelərini sadalayaraq, Avropa və Amerikanı Qafqaz bölgəsində daha fəal rol oynamağa səsləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO