Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallılar Şurasının sədri təyin edildi

Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallılar Şurasının sədri təyin edildi

Hazırda oxunan: Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallılar Şurasının sədri təyin edildi

45868

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallılar Şurasının sədri təyin edilib. 

Bizim.Media “haberturk.com” nəşrinə istinadən xəbər verir ki, Prezident Ərdoğan “Ağsaqqalımız olaraq bu mövzuda cənab Binəli Yıldırıma təklif etdik.

O da bunu qəbul etdi. Türkiyənin ağsaqqalı kimi bu qurumda vəzifəsini yerinə yetirəcək” sözlərini deyib.

Binəli Yıldırım bununla bağlı TDT başçılarına, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla hər kəsə təşəkkürünü bildirib.
 

O, həmçinin “Twitter”dəki paylaşımında Türk Şurasının 8-ci Zirvə Toplantısında tarixi qərarların qəbul edildiyini qeyd edib, sammitdə Türk Şurasının adının “Türk Dövlətləri Təşkilatı” olaraq dəyişdirilməsini alqışlayıb.


Binali Yıldırım iki ildir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına göstərdikləri səylərə görə minnətdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO