Erməni terror təşkilatı sülhməramlıları hədələdi: “Qumbara atanı Azərbaycana versəniz...”

Erməni terror təşkilatı sülhməramlıları hədələdi: “Qumbara atanı Azərbaycana versəniz...”

Hazırda oxunan: Erməni terror təşkilatı sülhməramlıları hədələdi: “Qumbara atanı Azərbaycana versəniz...”

45855

Xəbər verdiyimiz kimi, bu gün səhər Şuşa şəhəri yaxınlığında Azərbaycan hərbçilərinə qumbara atan erməni terrorçu hazırda rus sülhməramlılarının nəzarəti altındadır. Ermənilər isə terrorçunun Azərbaycana təhvil veriləcəyindən bərk qorxuya düşüblər.

Mövzu ilə bağlı Ermənistanın “Sasna Tsrer” terror təşkilatının nümayəndəsi Vaaqn Avaqyan Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarını hədələyərək onların qarşısında şərt qoyub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya ermənilərə məxsus Telegram kanallarında yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa yaxınlığında erməni terroru nəticəsində 3 azərbaycanlı hərbçi yaralanıb – RƏSMİ


“Rusiya Norayr Mirzoyanı Azərbaycana təhvil verərsə, növbəti qumbaraatanlar Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru uçacaq”, - Ermənistanın “tg-kanalları” Avaqyandan sitat gətirib.

Təsdiqlənməmiş məlumatlara görə, sülhməramlılar artıq saxlanılan şəxsi Ermənistan tərəfinə təhvil veriblər.

Rəsmi Bakı hələlik vəziyyəti şərh etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO