İran maşınları Zəngəzurdakı yeni yolda ilişib qaldı - VİDEO

İran maşınları Zəngəzurdakı yeni yolda ilişib qaldı - VİDEO

Hazırda oxunan: İran maşınları Zəngəzurdakı yeni yolda ilişib qaldı - VİDEO

45816

Zəngəzurda Qorus-Qafan dövlətlərarası avtomobil yoluna alternativ sayılan yeni Tatev-Ağvan yolu yük maşınlarının keçməsi üçün çox dardır.

Bizim.Media xəbər verir ki, bu informasiyanı iranlı sürücülər “Azadlıq” radiosunun müxbirinə müsahibəsində bildiriblər.

Onlar qeyd ediblər ki, Gorus-Qafan avtomobil yolunun “Azərbaycan” hissəsində yerləşən keçid məntəqəsindən keçərkən çoxlu problemlər yarandığı üçün bu yolla getməyə üstünlük verirlər.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Azərbaycan Xankəndi-Laçın yolunu bağladı


Belə ki, sürücülərin sözlərinə görə, bu hissədən keçərkən hər dəfə rüsum şəklində təxminən 130 dollar ödəməli olurlar.

Baş nazir (Nikol Paşinyan nəzərdə tutulur) səviyyəsində olan rəsmilər Tatev-Ağvan yolunun yük maşınları üçün uyğun olduğuna əmin etsələr də, “Azadlıq” nəşrinin çəkiliş qrupu qeyd edib ki, yük maşınlarının sürücüləri buna baxmayaraq yolun müxtəlif hissələrində problemlərlə üzləşirlər.

Belə ki, yolun bir hissəsində kamera çuxura düşən yük avtomobilini çəkə bilib. Nəqliyyat vasitəsi möcüzəvi şəkildə uçuruma düşməkdən yayına bilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO