Türk hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı -  Ərdoğan təsdiq etdi

Türk hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı -  Ərdoğan təsdiq etdi

Hazırda oxunan: Türk hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı -  Ərdoğan təsdiq etdi

45815

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.

Bizim.Media Türkiyənin “Resmi Gazete” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qanun layihəsini təsdiq edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə başladı - VİDEO


Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. Keçirilən səsvermədən sonra layihə qəbul edilib.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO