Şahverdilər kəndində yaşayan ermənilər qorxuya düşüb - SƏBƏB

Şahverdilər kəndində yaşayan ermənilər qorxuya düşüb - SƏBƏB

Hazırda oxunan: Şahverdilər kəndində yaşayan ermənilər qorxuya düşüb - SƏBƏB

45763

“Sputnik Armeniya” nəşri Zəngəzurda yerləşən Şahverdilər kəndinin sakinləri ilə söhbət edib.

Bizim.Media xəbər verir ki, onlar Gorusa qədər olan 15 km yolu gedə bilmədiklərini deyiblər.

Bunu noyabrın 12-nə keçən gecə Azərbaycan tərəfinin Gorus-Qafan yolunda gömrük postları qurduğu ilə əlaqələndiriblər.

Sakinlərin dediklərinə görə, indi Xot kəndindən keçən dolama yoldan istifadə edirlər. Baxmayaraq ki, hələ də o yolla minik avtomobilləri rahat hərəkət edə bilmir.

"Uşaqlar ev tapşırığını onlayn edir, amma heç olmasa borcla ərzaq ala bilirik.  Təcili yardım lazım olsa, necə gələcək, bilmirik. Qoy yol açsınlar,  normal yaşayaq. Təhlükə olmasa, burda qalacağıq. Daha nə deyim”. Ermənilər belə deyib.

Xatırladaq ki, kəndin yaxınlığında, Gorus istiqamətində Vorotan su elektrik stansiyası var.

Podratçı şirkətin işçilərindən biri, Jorik adlı şəxs əlavə edib ki, həftənin sonunda o, yoldaşları ilə birgə evə getməlidirlər, lakin növbəni dəyişmək üçün onları necə götürüb aparacaqlarını bilmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO