Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə gülünc vəziyyətə düşüb. Bu dəfə Ermənistan-Rusiya Slavyan Universitetinin tələbələri və müəllimləri ona qarşı tənqidi fikirlər səsləndiriblər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Hraparak” qəzetində yer alıb.
Narazılığa səbəb adıçəkilən təhsil ocağının rektoru Armen Darbinyanın işdən çıxarılması ehtimalı ilə bağlı məlumatlar olub.
Mənbə yazır ki, rektor Moskvanı tam qane etmir, Kremlin ona münasibəti son dərəcə mənfidir.
Qeyd olunur ki, bu yaxınlarda Rusiyaya səfər edən Ermənistanın rəsmi nümayəndə heyətindən biri ilə görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunları deyib:
“Niyə Armen Darbinyanı vəzifədən azad etmirsiniz? O, Rusiyadan pul alır, amma universitet Soros tələbələri üçün yuvaya çevrilib”.
Lavrovun çıxışından sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ermənistan baş nazirinin göstərişi ilə Darbinyanın üzərinə düşüb, lakin rektorun reputasiyasını ləkələmək cəhdləri baş tutmayıb.
Universitetin tələbələri və professorları hakimiyyəti bu cəhdlərinə görə tənqid ediblər. İş o yerə çatıb ki, Nikol Paşinyan rektoru dəyişmək üçün heç bir tədbir görməyib və “Əgər o, rusları qane etmirsə, qoy özləri vəzifədən uzaqlaşdırsın” sözlərini deyib.
Bizim.Media