Keçmiş müdafiə nazirinin 50 milyonluq malikanəsi sökülür - VİDEO

Keçmiş müdafiə nazirinin 50 milyonluq malikanəsi sökülür - VİDEO

Hazırda oxunan: Keçmiş müdafiə nazirinin 50 milyonluq malikanəsi sökülür - VİDEO

45474

Bu günlərdə erməni mətbuatında keçmiş müdafiə naziri Seyran Ohanyanın paytaxt İrəvanın Vahaqni məhəlləsində tikdirdiyi dəbdəbəli malikanəsini sökdürməsi ilə bağlı məlumat yayılıb. 

Bizim.Media xəbər verir ki, bu, hüquq-mühafizə orqanlarının kemiş müdafiə nazirinin malikanəni hansı vəsaitlə tikdirməsi ilə bağlı araşdırmalara başlamasından sonra baş verib. 
 

Lakin “Haykakan Jamanak” qəzeti sözügedən məlumatın doğru olmadığını, sadəcə tikinti işlərinin dayandığını yazıb.


Bundan əvvəl Seyran Ohanyan bildirmişdi ki, malikanə ona məxsus deyil. Sadəcə həmin ərazidəki binalardan birində kirayədə yaşayır.

Qeyd edək ki, Seyran Ohanyanın malikanəsi Parisdəki Yelisey sarayının layihəsi əsasında tikilib. Tikilinin dəyəri 50 milyon dollara yaxındır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO