Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsi sabah Bakı vaxtı saat 13.00-a təyin edilib.
Bizim.Media “Sputnik Live” Telegram kanalına istinadən xəbər verir ki, hakimlər 2007-ci ilin noyabrında müxalifətin mitinqinin dağıdılmasına və “İmedi” teleşirkətinə edilən hücuma dair işlərə baxacaqlar.
Artıq eks-prezidentin vəkili müvəkkilinin məhkəmədə iştirakını tələb edəcəyini açıqlayıb. Siyasətçi hazırda Qldani həbsxana xəstəxanasındadır.
Xatırladaq ki, Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi və Gürcüstan Birləşmiş Bankının işi üzrə artıq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin, guya o, Dövlət Təhlükəsizlik Xidmətinin 9,2 milyon larisini (3 milyon dollar) mənimsəyib, mərhum milyonçu Badri Patarkatsişvilinin əmlakını ələ keçirib və sərhədi qanunsuz keçib.
Bizim.Media