Paşinyan yenə diz çökdü – VİDEO

Paşinyan yenə diz çökdü – VİDEO

Hazırda oxunan: Paşinyan yenə diz çökdü – VİDEO

45267

Bu gün Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan səhər saat 07:30 radələrində çoxsaylı mühafizəçilərin müşayiəti ilə İrəvandakı Yerablur hərbi panteonuna baş çəkib, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Qarabağ müharibəsində həlak olan erməni hərbçilərinin xatirəsini diz çökərək yad edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Yerevan Today” Telegram kanalı yayıb.

Mənbə Paşinyana “Niyə Xankəndidəki hərbi panteona baş çəkmirsən?” sualını verib:

“Bununla bağlı müxtəlif fikirlər var. Deyirlər, İlham Əliyev sənə Laçın dəhlizindən keçməyi qadağan edib.

2020-ci il müharibəsi başa çatdıqdan sonra səndə bu mifi dağıtmaq və ilk dəfə Xankəndinə baş çəkmək, İntibah meydanında mitinq keçirmək, öz sözlərinizi ictimaiyyət qarşısında təkrarlamaq imkanı var: “Qarabağ Ermənistandır və nöqtə”. Yoxsa bu hələ mifdir?”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO