“Hakimiyyət Dağlıq Qarabağla bağlı danışıqlarda Ermənistanın bütün kozlarını devalvasiya edib".
Bizim.Media xəbər verir ki, bu sözləri noyabrın 8-də İrəvanda keçirilən etiraz mitinqində keçmiş prezident, parlamentdəki "Ermənistan" blokunun rəhbəri Rober Koçaryan deyib.
O, hakimiyyətin müharibəni qaçılmaz etmək üçün hər şeyi etdiyini, uğursuz danışıqlar apardığını vurğulayıb:
"Müharibədə məğlub olmaq üçün hər şeyi etdilər, lakin məğlubiyyət noyabrın 9-da deyil, Ermənistan ordusunun başının kəsilməsi başlayanda gerçəkləşdi".
R.Koçaryan əlavə edib ki, 44 günlük müharibədə erməni tərəfi diplomatiyanın uğursuzluğu ucbatından təkbaşına qaldı:
"İndi xalqa hakimiyyətin onları aldatdığını göstərmək, müqavimətə qoşulmaq lazımdır, mübarizə uzun sürməyəcək. Bu, bir neçə həftə və ayların işidir".
Oral Mədənçi, Bizim.Media