Güney Azərbaycan fəalları: “İran hökuməti işğal dövründə Ermənistanı dəstəklədi”

Güney Azərbaycan fəalları: “İran hökuməti işğal dövründə Ermənistanı dəstəklədi”

Hazırda oxunan: Güney Azərbaycan fəalları: “İran hökuməti işğal dövründə Ermənistanı dəstəklədi”

45153

Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil və Zəngan kimi bir sıra şəhərlərində yaşayan milli hərəkat fəalları Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində parlaq qələbəsi münasibəti ilə qeyd olunan Zəfər Günü ilə bağlı broşuralar yayıblar. 

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən yazının mətnini təqdim edir:

"Biz Azərbaycanın özüyük.  Zəfər Günü mübarək olsun!  
 

MÖVZU İLƏ BAĞLI:

İran Ermənistanı silahlandırmaqda niyə maraqlıdır? - ŞƏRH


Azərbaycanın Qarabağı azad etdiyi 44 günlük müharibə təkcə sadə bir müharibə deyildi, həm də Arazın bu tərəfi (Güney Azərbaycan) də daxil olmaqla bölgənin tarixində dönüş nöqtəsi idi.

Ötən 30 il ərzində Ermənistan İran və Rusiyanın da köməyi ilə Qarabağı işğal etdi və insanın ağlına belə gəlməyəcək cinayətlər törətdi, oradakı insanları qovdu, hər yeri viran etdi. Ancaq 30 illik həsrətdən sonra nəhayət tarixi Qarabağ torpaqları ana vətəninə geri döndü və bütün bunlar anlaşmalarla yox, Azərbaycan oğullarının misilsiz rəşadəti ilə gerçəkləşdi.  

44 günlük savaş dövründə Arazın bu tərəfi də səbirsizliklə xəbərləri izlədi, bəzən sərhədlərə doğru yollandı və ictimai şəbəkələrdə hər bir halda Azərbaycana öz dəstəklərini bildirdilər. Ancaq təbii ki, buradakı qanun daha geniş fəaliyyətə icazə vermir.
 

İran hökumətinin başçıları müsəlman olduqlarını iddia etsələlər də, işğal dövründə olduğu kimi, yenə də Ermənistanı dəstəkləməyə davam etdi. İranda 40 milyon Azərbaycan türkünün olmasından çəkinən İran hökuməti açıq şəkildə bunu bəyan etməsə də, Ermənistana gizli mövqeyini göstərdi.


İranın Rusiyadan gələn silahların ermənilərə daşınmasında müstəsna rol oynaması Güney Azərbaycan xalqını küçələrə axışaraq etiraz etmələrinə səbəb oldu.  

Türkiyə isə qardaş ölkə olaraq Azərbaycanın yanında yer aldı və 44 günlük müharibədən sonra bu gün torpaqlarımız Ermənistan işğalından azad olundu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO