Putin, İlham Əliyev və Paşinyan gələn həftənin əvvəlində görüşəcək - Kreml təsdiqlədi

Putin, İlham Əliyev və Paşinyan gələn həftənin əvvəlində görüşəcək - Kreml təsdiqlədi

Hazırda oxunan: Putin, İlham Əliyev və Paşinyan gələn həftənin əvvəlində görüşəcək - Kreml təsdiqlədi

45024

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşünün keçiriləcəyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mətbuatı yayıb.

“Bəli, həqiqətən belə bir görüş videokonfrans formatında hazırlanır”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib.

Erməni mediası bundan əvvəl Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da Soçidə görüşəcəyini iddia etmişdi. Rəsmi Bakı və İrəvan bunu təsdiqləməyib.

“İnterfaks”ın mənbələrinə görə, videokonfrans rejimində görüş gələn həftənin əvvəlinə planlaşdırılıb.

Xatırladaq ki, oktyabrın 22-də “Aliq Media” nəşri Azərbaycan və Ermənistanın noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacağı barədə məlumat yayıb. Ertəsi gün RİA Novosti də öz mənbələrinə istinadən liderlərin Moskvada mümkün görüşü barədə yazıb.

Qeyd olunub ki, noyabrın birinci ongünlüyündə Moskvada Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü baş tuta bilər. Nəşrin məlumatına görə, danışıqlardan sonra üçtərəfli bəyanatların imzalanması gözlənilir.

Sənədlərdən biri Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, digəri isə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO